“Oracle Aconex” platformasının satınalınması
Hörmətli təchizatçı,
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsi tərəfindən "Oracle Aconex" platformasının satın alınması məqsədilə Kotirovka sorğusu metodu üzrə satınalma proseduru həyata keçirilir.
Bu çərçivədə Sizi qoşmada təqdim olunan şərtlər toplusu və malların siyahısı əsasında qiymət təklifinizi təqdim etməyə dəvət edirik.
Müvafiq qaydada hazırlanmış kotirovka təklifi, kommersiya təklif məktubu və digər tələb olunan sənədlər şərtlər toplusunda qeyd olunduğu kimi imzalanıb möhürlənmiş şəkildə qapalı zərfdə aşağıdaki ünvana 09 iyun 2026-cı il, saat 16:00-a qədər təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Səbail r-nu, Neftçilər prospekti 64, "Crescent" biznes mərkəzi.
Mərtəbə: 24, AZCON Holding
Əlaqədar şəxs: İsmət Məmmədov
Əlaqə nömrəsi: +99450 100 12 33
Qiymət təklifi verərkən aşağıdakı tələbləri nəzərə almağınızı xahiş edirik:
- Təklif verməzdən öncə müqavilə ilə diqqətlə tanış olun. Təklif təqdim etdikdə müqavilə ilə bağlı hər hansı bir qeyd və iradınız olmadığı halda qoşmada təqdim edilən müqavilənin şərtləri tərəfinizdən qəbul edilmiş hesab olunur.
- Sual-cavab prosesi e-mail üzərindən aparılmalıdır.
- Şərtlər toplusu sənədində tələb olunan sənədlər Kotirovka təklifi ilə birlikdə təqdim olunmalıdır.
- Aydınlaşdırma üçün son tarix - 02 iyun 2026-cı il, saat 16:00