icon Back to news

“Rəqəmsal Körpü” Təcrübə Proqramının bağlanış tədbiri keçirilib

Share
img

AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” Təcrübə Proqramının 1-ci sessiyasına uğurla yekun vurulub.

Ümumilikdə 1000 nəfərdən çox müraciət arasından seçim mərhələlərini uğurla tamamlayan 108 proqram iştirakçısı sertifikatla təltif olunub.

2026-cı ilin fevral – may aylarını əhatə edən proqram çərçivəsində iştirakçılara 14 müxtəlif şirkətdə təcrübə proqramına cəlb olunaraq müvafiq sahə üzrə mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradılıb.

Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb edilib, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları verilib.

img
img
img
img
img
img
img
img
img