“Rəqəmsal körpü” Yay Təcrübə Proqramı

AZCON Holding şirkətlərində və tərəfdaş müəssisələrdə İT istiqamətində təcrübə proqramı elan edilir!

img

Proqram haqqında

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram İT sahəsində 3-cü və 4-cü kurs (5 illik təhsil proqramlarında isə 4-cü və 5-ci kurs) üzrə bakalavr təhsili alan tələbələrə qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır. 1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti əldə edəcəklər.

Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.

Proqramın məqsədi

Biliklərin tətbiqi

İnformasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə nəzəri biliklərini real iş mühitində praktiki tapşırıqlar üzərində tətbiq etmək imkanının yaradılması.

Mentorluq və inkişaf dəstəyi

Tələbələrin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə onlara təcrübəli mütəxəssislər tərəfindən yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər, mentorluq dəstəyi və rəqəmsal öyrənmə platformalarından istifadə imkanlarının təqdim edilməsi.

Karyera idarəetməsində dəstək

Gənclərin peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, məqsədyönlü karyera planlaşdırılmasının təşviqi və əmək bazarına inteqrasiyasının dəstəklənməsi.

Aylıq təqaüd

Proqram müddəti ərzində iştirakçıların motivasiyasını dəstəkləmək məqsədilə aylıq təqaüdün təqdim edilməsi.

Seçim mərhələləri

  1. Müraciətlərin proqrama uyğunluğunun ilkin qiymətləndirilməsi;
  2. Məntiqi təfəkkürün və analitik düşünmə qabiliyyətinin yoxlanılması üzrə imtahan;
  3. Müsahibə.

Qeyd:

Seçim prosesini uğurla keçən hər bir tələbə təhsil müəssisəsindəki akademik göstəriciləri, imtahan və müsahibə nəticələri nəzərə alınmaqla AZCON Holding şirkətlərindən birində və ya Holdinqin seçilmiş tərəfdaş müəssisələrində təcrübəyə cəlb olunacaq. Tələbələrin təcrübə keçdiyi müəssisədən asılı olmayaraq onlara təqdim edilən imtiyaz və imkanlar bərabər əsaslarla təmin ediləcək.

img

internship.institutions_title

img

Azərbaycan Hava Yolları QSC

img

Azərbaycan Dəmir Yolları QSC

img

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC

img

Bakı Metropoliteni QSC

img

Bakı Gəmiqayırma Zavodu MMC

img

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ASC

img

Aztelekom MMC

img

AzInTelecom MMC

img

Azərpoçt MMC

img

Milli Süni İntellekt Mərkəzi

img

Azercell Telekom MMC

img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

img

Smart Solutions MMC

img

BESTCOMP Group

img

SİNAM MMC

img

RİSK Elmi İstehsalat Şirkəti