Cover Image Cover Image

AZCON haqqında

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 7 noyabr tarixli Fərmanına əsasən yaradılıb.

AZCON-un Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 mart tarixli Sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru təyin edilib.

AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasıdır.

AZCON Holding-in idarəetməsinə verilmiş dövlət müəssisələri və Holdinqin törəmə cəmiyyəti

img

Azərbaycan Hava Yolları

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti ölkəmizin milli bayraq daşıyıcısıdır və Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunu əsas baza kimi istifadə edərək 50-dən artıq istiqamət üzrə beynəlxalq və daxili sərnişin, eləcə də yük daşımalarını həyata keçirir. 

img

Azərbaycan Dəmir Yolları

Azərbaycanda ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.

img

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) unikal gəmiçilik şirkəti kimi Dəniz Nəqliyyatı Donanması ilə yükdaşımalarda fəal rol oynamaqla yanaşı, Xəzər Dəniz Neft Donanması ilə neft-qaz layihələri üçün müxtəlif növ ixtisaslaşmış ofşor xidmətlər göstərir.

img

Bakı Metropoliteni

1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyat sistemində mühüm rol oynamaqda davam edir. Şəhərdaxili sərnişindaşımada təhlükəsizlik, dəqiqlik və operativlik prinsiplərini əsas tutaraq xalqa dəqiq və qərəzsiz xidmət göstərir.

img

BakuBus

“BakuBus” MMC 2015-ci ildən etibarən Bakı şəhərində müasir, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin təşkili üzrə fəaliyyət göstərir.

img

Bakı Gəmiqayırma Zavodu

“Bakı Gəmiqayırma Zavodu” MMC istənilən növ gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi məqsədilə 10 may 2011-ci il tarixində təsis edilib və 20 sentyabr 2013-cü ildə istismara verilib.

img

Azərkosmos

Azərbaycanın müasir kosmik sənayesi 2008-ci ildə yaradılıb. 2010-cu ildən etibarən fəaliyyət göstərən Azərkosmos regionda ilk və yeganə peyk operatoru kimi tanınır. 2021-ci ildən isə Azərkosmos Azərbaycan Respublikasının Kosmik Agentliyi statusunda fəaliyyət göstərir. 

img

Aztelekom

“Aztelekom” MMC 1992-ci ildə respublikanın milli rabitə operatoru kimi yaradılıb, 2015-ci ildən etibarən Məhdud Məsuliyyətli Cəmiyyət formatında fəaliyyət göstərir. 

img

AzInTelecom

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. “AzInTelecom” MMC şirkət strategiyasını müasir rəqəmsal həllər təklif edərək müştərilərin ehtiyaclarını qarşılamaq üzərində qurub.

img

Azərpoçt

Ölkənin yeganə milli poçt operatoru sayılan “Azərpoçt” MMC hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsini həyata keçirir. 

img

Bakı Taksi Xidməti

“Bakı Taksi Xidməti” MMC 2018-ci ildən etibarən Bakı şəhərində və ətraf ərazilərdə sərnişin daşımalarının təşkilində ixtisaslaşmış dövlət müəssisəsidir.

img

Teleradio

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC (“Teleradio” MMC) bütün ölkə ərazisində fasiləsiz və dayanıqlı radio-televiziya yayımı infrastrukturunu istismar edir və əhalini yüksəkkeyfiyyətli yayımlarla təmin edir.

img

Milli Süni İntellekt Mərkəzi

Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.