Etibarlı, təhlükəsiz və rahat!
Paytaxtın ictimai nəqliyyat infrastrukturunda mühüm yer tutan, sərnişinlərə operativ və nümunəvi xidmət göstərən Bakı metrosu
1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyat sistemində mühüm rol oynamaqda davam edir. Şəhərdaxili sərnişindaşımada təhlükəsizlik, dəqiqlik və operativlik prinsiplərini əsas tutaraq xalqa dəqiq və qərəzsiz xidmət göstərir.
Ətraflı
Əsas statistik göstəricilər*
Gündəlik orta sərnişin sayı
Cari vaqon sayı
Qatarlararası interval
*Göstəricilər 2025-ci ili əhatə edir.
Metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
2015-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı Metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi.
2021-ci il may ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “8 Noyabr” stansiyası, 2022-ci il dekabr ayının 23-də isə “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verildi. Bununla da ümumi uzunluğu 40,7 kilometr olan 3 xətt üzrə metropolitenin stansiyalarının sayı 27-yə çatdırıldı.