Səmərəli, dayanıqlı və təhlükəsiz!
Dəniz nəqliyyatı sahəsində etibarlı tərəfdaş
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) unikal gəmiçilik şirkəti kimi Dəniz Nəqliyyatı Donanması ilə yükdaşımalarda fəal rol oynamaqla yanaşı, Xəzər Dəniz Neft Donanması ilə neft-qaz layihələri üçün müxtəlif növ ixtisaslaşmış ofşor xidmətlər göstərir. Şirkət Xəzərdənkənar sularda da müxtəlif gəmi seqmentləri üzrə (Quru yük, tanker, “Handysize”, “Aframax”) yükdaşımalar həyata keçirir.
Ətraflı
Əsas statistik göstəricilər*
Daşınmış yük həcmi (ton)
Xəzərdən kənar daşımalar (ton)
Nəqliyyat-ticarət üzrə gəmi sayı
İxtisaslaşmış ofşor üzrə gəmi sayı
*Göstəricilər 2025-ci ili əhatə edir.
Avropa və Asiya arasında Sizin ən qısa körpünüz
Tarixi 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılmasından başlayır. Cənubi Qafqazın fəaliyyətdə olan ən qədim şirkəti kimi Azərbaycan üzərindən tranzit yükdaşımalarda və respublikamızın strateji neft-qaz layihələrində ölkənin gəmiçilik xidmətlərinə olan tələbatını təmin etmək, dövlətin bu sahələrdə siyasətinə və Azərbaycanın regional nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə vermək ASCO-nun əsas missiyasıdır.
Fəaliyyətinin bütün aspektlərində ətraf mühitə təsirin minimuma endirilməsini, təhlükəsiz iş mühitinin yaradılmasını və risklərin qarşısının alınmasını daim diqqət mərkəzində saxlayır.
Gələcəyə baxışı səmərəli fəaliyyət göstərən, dayanıqlı inkişafı və əməliyyatların təhlükəsizliyini təmin edən müasir gəmiçilik şirkətinin qurulması, Xəzərdə dövlət siyasətinin dəstəklənməsi ilə bərabər, Xəzərdən kənarda beynəlxalq gəmiçilik fəaliyyətinin daha da genişləndirilməsindən ibarətdir.