Cover Image Cover Image

Xəzərdə güc və texnologiya

Gəmilərin inşası, təmiri, modernləşdirilməsi və mühəndislik xidmətləri üzrə ixtisaslaşmış və inteqrasiya olunmuş müəssisə

Bakı Gəmiqayırma Zavodunda istehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Zavod Finlandiya, Niderland, Almaniya, Yaponiya, Böyük Britaniya, Koreya Respublikası və Sinqapur kimi qabaqcıl ölkələrdə yüksək standartlarla istehsal olunan avadanlıqlarla təchiz edilib.

Ətraflı

Əsas statistik göstəricilər*

Tikinti üzrə bitmiş layihələrin sayı

13

Tikinti üzrə davam edən layihələrin sayı

13

Təmir üzrə bitmiş layihələrin sayı

86

*Göstəricilər 2025-ci il daxil olmaqla əks olunmuşdur

AZCON Grid Pattern
Bakı Gəmiqayırma Zavodu

Dəniz sənayesində və ofşor sənayedə Azərbaycanın milli simvolu olmaq

Bakı Gəmiqayırma Zavodu Azərbaycanın dəniz sənayesində və ofşor sənayedə milli simvola çevrilmək məqsədilə fəaliyyət göstərən ən müasir və strateji müəssisələrdən biridir. 2013-cü ildə fəaliyyətə başlayan zavod Xəzər dənizinin sahilində yerləşərək regionda gəmiqayırma və gəmi təmiri sahəsində aparıcı mövqeyə sahibdir. Zavod həm ölkədaxili tələbatı ödəmək, həm də beynəlxalq bazarlara çıxış əldə etmək üçün mühüm imkanlar təqdim edir.

Zavod, həmçinin beynəlxalq standartlara uyğun yüksəkkeyfiyyətli mühəndislik və texnoloji həllər təklif edir. Gəmiqayırma prosesində ən son texnologiyalar, innovativ yanaşmalar və peşəkar kadr potensialı istifadə olunur. Bu da Azərbaycanın gəmiqayırma sənayesini regional və qlobal səviyyədə rəqabətədavamlı edir.

www.bakushipyard.com