Cover Image Cover Image

Rahat, təhlükəsiz və əlçatan!

Təhlükəsiz və əlçatan taksi xidməti ilə hər zaman yanınızdayıq!

Şirkətin əsas fəaliyyət prinsipləri – təhlükəsizlik, keyfiyyət və əlçatanlıq – vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və şəhər nəqliyyatında çevik həllər təqdim etmək məqsədi daşıyır. Müasir texnologiyaların tətbiqi ilə “Bakı Taksi Xidməti” nəqliyyat sektorunda innovativ yanaşmaları ilə seçilir.

Ətraflı

Əsas statistik göstəricilər*

İl ərzində xidmətdə olan avtomobil sayı

157

Yürüş məsafəsi (km)

5,7 milyon+

*Göstəricilər 2025-ci ili əhatə edir

AZCON Grid Pattern
Bakı Taksi Xidməti

Sizin yol yoldaşınız – “Bakı Taksi Xidməti”

“Bakı Taksi Xidməti” MMC sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, şəhərin nəqliyyat infrastrukturuna çevik və innovativ töhfələr verir. Şirkətin məqsədi təkcə nəqliyyat xidməti göstərmək deyil, həm də şəhərin dinamik ritminə uyğun sürətli və etibarlı hərəkət alternativləri yaratmaqdır.

Taksi parkında istifadə olunan nəqliyyat vasitələri ekoloji tələblərə uyğun seçilir, sürücülər isə mütəmadi olaraq təlim və qiymətləndirmələrdən keçirlər. Bu, xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, müştəri məmnuniyyətinin təmin olunmasına xidmət edir.

Şirkət texnologiyanın verdiyi imkanlardan maksimum istifadə edərək istifadəçilərə mobil tətbiq, onlayn sifariş və real vaxtda marşrut izləmə funksiyaları təqdim edir. Bu isə xidmətin sürətli, şəffaf və nəzarət olunan şəkildə təşkilinə şərait yaradır.