Dayanıqlı, fasiləsiz və yüksəkkeyfiyyətli!
Yüksəkkeyfiyyətli radio-televiziya yayımlarının təşkili
Azərbaycanda ilk dəfə radio yayımına başlanıldığı 1926-cı ildən və ilk dəfə televiziya yayımının həyata keçirildiyi 1956-cı ildən bu günə qədər bütün ölkə ərazisində radio-televiziya yayımı infrastrukturu qurulub və ötən dövrdə böyük inkişaf yolu keçərək müasir standartların tələbinə uyğunlaşdırılıb.
Ətraflı
Əsas statistik göstəricilər*
Aktiv RTYS sayı
Tezlik sayı
Əhatə dairəsi
*Göstəricilər 2025-ci ili əhatə edir
Dayanıqlı və fasiləsiz radio-televiziya yayım infrastrukturu
Ölkə ərazisində ən müasir texniki vasitələrin tətbiq edildiyi FM radio və DVB-T standartlı rəqəmsal televiziya yayımı şəbəkəsi qurulub.
Hazırda paytaxtda və Ağsuda yerləşən stansiya vasitəsilə ölkənin bir hissəsi DAB+ standartlı rəqəmsal radio yayımı ilə təmin edilir.
Həmçinin qurum tərəfindən peyk yayımı və İPTV xidməti göstərilir.
Eləcə də televiziya yayımında ikinci nəsil (DVB-T2) texnologiyaya əsaslanan şəbəkəyə keçid imkanları araşdırılır.