İstehsalat

Azərbaycanda gəmiqayırma sektoru strateji əhəmiyyətə malik olub qeyri-neft sənayesinin inkişafı üçün prioritet sahələrdən biridir. Xəzər dənizinin neft və digər yüklərin daşınması üçün əsas nəqliyyat yolu olması ölkəmizdə gəmiqayırmanın inkişafına böyük təkan verib. 

img

Bakı Gəmiqayırma Zavodu

“Bakı Gəmiqayırma Zavodu” MMC istənilən növ gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi məqsədilə 10 may 2011-ci il tarixində təsis edilib və 20 sentyabr 2013-cü ildə istismara verilib.