Cover Image Cover Image

Kosmosda gücümüz

Azərbaycanda müasir kosmik ekosistemin yaradıcı qüvvəsi: Azərkosmos

Hazırda Azərkosmosun orbitdə “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri mövcuddur. Peyklər vasitəsilə 200-dən çox televiziya və radio kanalı yayımlanır, xidmətlər isə 50-dən artıq ölkəni əhatə edir. Bu fəaliyyətlər Azərbaycanın özünəməxsus orbital mövqeyə sahib olması ilə dəstəklənir. Qeyd edək ki, belə rəsmi mövqeyə dünyada yalnız 48 ölkə malikdir.

Ətraflı

Əsas statistik göstəricilər*

Fəaliyyət göstərən peyklər

2

TV və radio kanallarının sayı

170+

Xidmət göstərilən ölkələr

45+

*Göstəricilər 2025-ci ili əhatə edir.

AZCON Grid Pattern
Azərkosmos

Kosmosda gücümüz: innovasiya və inkişaf üçün yeni imkanlar

Azərkosmos Azərbaycanın peyk əməliyyatlarını həyata keçirən əsas mərkəz olaraq qlobal arenada ölkəmizin kosmos sahəsində mövqeyini gücləndirir. Azərkosmosun teleportu dünya standartlarına uyğun “Tier 4” sertifikatına malikdir və 20-yə yaxın şirkətin antenləri vasitəsilə geniş kommersiya fəaliyyəti göstərir.  

Azərkosmos Yerin məsafədən müşahidəsi sahəsində “Azersky” peykinin arxiv təsvirləri vasitəsilə müxtəlif sahələrdə əməkdaşlıq etdiyi qlobal şirkətlərə xidmət göstərir.

Telekommunikasiya sahəsində “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə yüzlərlə yayım və data xidmətləri, o cümlədən televiziya və radio siqnalları həm yerli, həm də beynəlxalq istifadəçilərə ötürülür. Peyklərin əhatə dairəsi Avropa, Asiya, Yaxın Şərq və Afrika regionlarını əhatə edir ki, bu da Azərbaycanın texnoloji gücünü beynəlxalq səviyyəyə daşıyır. 

Azərkosmos KOSMİK Akademiya vasitəsilə gənclərin maarifləndirilməsi, təlimi və inkişafını həyata keçirir. Akademiya bu gün regionda analoqu olmayan bir platforma olaraq kosmos texnologiyalarına marağı artırır və gələcəyin mütəxəssislərini yetişdirir.  

www.azercosmos.az