Cover Image Cover Image

Ölkəni əhatə edən poçt şəbəkəsi

Poçt göndərişləri, karqo bağlamaları, pulköçürmələri xidmətlərinin ölkəboyu göstərilməsi

AZCON Holding şirkətlərindən olan və ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsini həyata keçirir. 

 

Ətraflı

Əsas statistik göstəricilər*

Poçt şöbələrinin sayı

800+

Çatdırılmış məktub və bağlama sayı

9 milyon+

Maliyyə xidmətləri üzrə əməliyyat sayı

90 milyon+

*Göstəricilər 2025-ci ili əhatə edir

AZCON Grid Pattern
Azərpoçt

Hər bir poçt xidməti bir gözləntinin gerçəkləşməsidir

Keçmişdə klassik poçt sadəcə universal poçt xidmətlərini (məktub, teleqram, bağlama göndərişləri) icra edirdisə, bu gün müasir poçt pulköçürmələrini həyata keçirir, karqo bağlamalarını daşıyır, mobil tətbiqlərlə xidmət göstərir. 

2021-ci ildən transformasiya mərhələsinə keçid edən milli poçt operatoru vasitəsilə elektron kommersiya və karqo xidmətləri icra olunur, PUDO (təhvil-təslim məntəqələri) məntəqələri fəaliyyət göstərir. Eyni zamanda elektron sifarişlərin 24/7 rejimində, fasiləsiz olaraq müştəriyə çatdırılması üçün avtomatlaşdırılmış “Postamat” adlı poçt qutuları vətəndaşlara xidmət göstərir. 

“Azərpoçt” MMC bütün ölkəni əhatə edən filial şəbəkəsi vasitəsilə əhaliyə, hətta ucqar nöqtələrdə belə maliyyə xidmətlərinə rahat çıxış imkanlarını təmin edir. Poçt-maliyyə xidməti göstərən bütün şöbələrimizdə müştərilərimiz nağd və qeyri-nağd valyuta mübadiləsi xidmətlərindən istifadə edə bilirlər. 

www.azerpost.az