Nəqliyyat və kommunikasiya vahid çətir altında
Ölkənin nəqliyyat və kommunikasiya sahəsində əsas qüvvə
AZCON Holding Azərbaycanın nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü il tarixli Fərmanına əsasən yaradılmış Holdinq idarəetməsinə verilmiş dövlət müəssisələrinin inkişafının davamlılığını təmin edərək onların yeni mərhələyə keçməsinə şərait yaratmağı və qarşılarında geniş imkanlar açmağı hədəfləyir.
Dövlət müəssisələri
12
Əməkdaş sayı
50,000+
Şəhərlər, xətlər və orbitlər bir mərkəzdə
AZCON Holding ölkənin 12 aparıcı dövlət müəssisəsini və 1 törəmə cəmiyyətini – kosmos, kommunikasiya, rabitə, süni intellekt, hava və dəmir yolları, şəhər sərnişin nəqliyyatı, gəmiçilik sahələri daxil olmaqla bir çətir altında birləşdirir. Milli aviaşirkətlərdən qabaqcıl peyk sistemlərinə, dəmir yollarından poçt-logistika xidmətlərinə qədər hər bir struktur vahid bir strategiya ilə – infrastrukturun inkişafını sürətləndirmək, qüsursuz mobilliyi təmin etmək və texnoloji suverenliyi gücləndirmək üçün fəaliyyət göstərir.