Cover Image Cover Image

Səmada sonsuz imkanlar

Avrasiyada yüksək standartlara sadiq aviaşirkət

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti ölkəmizin milli bayraq daşıyıcısıdır və Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunu əsas baza kimi istifadə edərək 50-dən artıq istiqamət üzrə beynəlxalq və daxili sərnişin, eləcə də yük daşımalarını həyata keçirir. Aviadaşıyıcı həm müntəzəm, həm də yeni mövsümi və çarter reysləri açaraq marşrut şəbəkəsini davamlı şəkildə genişləndirir.

Ətraflı

Əsas statistik göstəricilər*

Sərnişin sayı

4,1 milyon+

Reys sayı

17,5 min+

İstiqamətlər

61

Təyyarə parkı

27 təyyarə

*Göstəricilər 2025-ci ili əhatə edir.

AZCON Grid Pattern
Azərbaycan Hava Yolları

Avrasiyada yüksək standartlara sadiq aviaşirkət

Avrasiya regionunda genişlənməyi hədəfləmiş şirkət həm texniki, həm də əməliyyat inkişafına ciddi şəkildə investisiya edir. AZAL “Net Zero/Near Zero” (karbon tullantılarını minimuma endirmək) emissiya hədəfləri ilə ətraf mühitə təsiri minimuma endirmək, ekoloji təmiz texnologiyalara keçidi sürətləndirmək üçün ardıcıl addımlar atır. Sərnişin rahatlığını artırmaq məqsədilə müasir təyyarələr, rəqəmsal və innovativ həllər təqdim olunur. Keyfiyyətə və dayanıqlı inkişafa sadiqliyi ilə beynəlxalq səviyyədə tanınan AZAL 2025-ci ildə “Skytrax” tərəfindən Mərkəzi Asiya və MDB üzrə “Ən yaxşı regional aviaşirkət” adına növbəti dəfə layiq görülüb.

Lokal və regional təşəbbüslərdə fəal iştirakı ilə fərqlənən şirkətin uğurlu nəticələri istər texnoloji yeniliklərdə, istər insan kapitalının inkişafında, istərsə də sərnişin məmnuniyyətində özünü aydın şəkildə nümayiş etdirir. 

www.azal.az