Rəhbərlik
İcraçı direktorun müraciəti
Nəqliyyat və kommunikasiya sektoru müasir iqtisadiyyatın dayaq sütunlarından biridir. Biz AZCON Holding olaraq bu iki strateji sahədə innovativ yanaşma, davamlı inkişaf və yüksək məsuliyyət prinsiplərinə əsaslanaraq fəaliyyət göstəririk. Əsas məqsədimiz Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələrinin əməliyyat səmərəliliyini, rəqabət qabiliyyətini artırmaqla ölkənin ümumi maliyyə dayanıqlığına töhfə vermək, eyni zamanda potensial səhmdarlar üçün şəffaf və cəlbedici mühit formalaşdırmaqdır.
AZCON Holding-in əsas prioritetləri arasında müştəri məmnuniyyəti, texnoloji yeniliklərə açıq olmaq, sosial və ekoloji məsuliyyət daşımaq və ölkəmizin iqtisadi inkişafına töhfə vermək dayanır. Komandamız peşəkarlıq, dürüstlük və qarşılıqlı etimada əsaslanan birgə əməkdaşlıq ruhu ilə gündən-günə böyüyür və güclənir.
Gələcəyə dair baxışımız aydındır: rəqəmsal transformasiyanı sürətləndirmək, “ağıllı” nəqliyyat sistemlərini inkişaf etdirmək və ölkəmizin kommunikasiya infrastrukturunu beynəlxalq standartlara çatdırmaq. Bu istiqamətdə qarşımıza qoyduğumuz hədəflərə doğru əzm və inamla irəliləyirik.
Şahin Babayev
İcraçı direktor