Kommunikasiya

Azərbaycanda kommunikasiya sektoru son illərdə sürətli inkişaf mərhələsi keçib və ölkənin iqtisadi, sosial və texnoloji inkişafında mühüm rol oynamaqdadır. Ənənəvi telefon əlaqəsi ilə başlayan kommunikasiya xidmətləri hazırda rəqəmsallaşma prosesləri ilə yeni mərhələyə qədəm qoyub. Beləliklə, əvvəllər yalnız əsas telefon əlaqəsi ilə məhdudlaşan xidmətlər zamanla rəqəmsallaşıb, mobil operatorlar və internet provayderlərinin sayı artıb. 

img

Azərkosmos

Azərbaycanın müasir kosmik sənayesi 2008-ci ildə yaradılıb. 2010-cu ildən etibarən fəaliyyət göstərən Azərkosmos regionda ilk və yeganə peyk operatoru kimi tanınır. 2021-ci ildən isə Azərkosmos Azərbaycan Respublikasının Kosmik Agentliyi statusunda fəaliyyət göstərir. 

img

Aztelekom

“Aztelekom” MMC 1992-ci ildə respublikanın milli rabitə operatoru kimi yaradılıb, 2015-ci ildən etibarən Məhdud Məsuliyyətli Cəmiyyət formatında fəaliyyət göstərir. 

img

AzInTelecom

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. “AzInTelecom” MMC şirkət strategiyasını müasir rəqəmsal həllər təklif edərək müştərilərin ehtiyaclarını qarşılamaq üzərində qurub.

img

Azərpoçt

Ölkənin yeganə milli poçt operatoru sayılan “Azərpoçt” MMC hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsini həyata keçirir. 

img

Teleradio

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC (“Teleradio” MMC) bütün ölkə ərazisində fasiləsiz və dayanıqlı radio-televiziya yayımı infrastrukturunu istismar edir və əhalini yüksəkkeyfiyyətli yayımlarla təmin edir.

img

Milli Süni İntellekt Mərkəzi

Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.