Anar Kərimov

Anar Kərimov

Müşahidə Şurasının üzvü

Maliyyə nazirinin birinci müavini

Anar Mehman oğlu Kərimov 1979-cu ildə anadan olub. 1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə ABŞ-nin Amerikan Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
 
2001-ci ildə ABŞ – Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002-2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (Səudiyyə Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.
 
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan – Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan – İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.
 
Hüquq elmlər namizədi olan Anar Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilisdilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.
 
2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
 
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin edilib.