Bəhruz Məlikov
Müşahidə Şurasının üzvü
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən
Bəhruz Malik oğlu Məlikov 1972-ci ildə anadan olub. 1998-ci ildə Milli Aviasiya Akademiyasının Hava nəqliyyatının uçuş istismarı fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.
2000 – 2002-ci illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserni “Azəraeronaviqasiya” müəssisəsində texnik-sinoptik, 2002 – 2003-cü illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserni “Azəraeronaviqasiya” müəssisəsi, “Bakıaeronaviqasiya” meteoroloji radiolokatorunda mühəndis, 2003 – 2009-cu illərdə aparıcı mühəndis-meteoroloq vəzifələrində çalışıb.
2009 – 2018-ci illərdə “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəis müavini, 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Aeronaviqasiya standartları və hava hərəkətinin idarə edilməsinə nəzarət (ANS) idarəsində Aeronaviqasiya standartları və HHİE üzrə mühəndis-inspektor vəzifələrində işləyib.
2018 – 2023-cü illərdə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Aerodrom istismarçılarına nəzarət (AGA) idarəsinin rəis müavini, 2023 – 2025-ci illərdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin direktor müavini kimi fəaliyyət göstərib.
2025-ci ildən “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Bəhruz Məlikov “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvüdür.