Dunay Bədirxanov
Müşahidə Şurasının üzvü
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən
Dunay Rasim oğlu Bədirxanov 1986-cı ildə anadan olub. 2009-cu ildə Sankt-Peterburq Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirib.
2011-ci ildə Aşağıorbitli peyk sistemlərinin inkişafı departamentinin mütəxəssisi kimi Azərkosmosda fəaliyyətə başlayan Dunay Bədirxanov 2012 – 2013-cü illər ərzində Peyk mühəndisliyi sektorunda peyk mühəndisi vəzifəsində çalışıb, Azərbaycanın ilk peykinin idarə edilməsində iştirak edib. 2016-cı ilə kimi Peyk və yerüstü sistemlər departamentində Peyk əməliyyatları qrupunun rəhbəri, 2016 – 2018-ci illərdə isə bu departamentin direktoru kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə Azərkosmosun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.