Rəhman Hümmətov
Müşahidə Şurasının üzvü
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Rəhman Dursun oğlu Hümmətov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2000 – 2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb.
1998 – 2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışıb. 2006 – 2016-cı illərdə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktorunun müavini vəzifəsində işləyib. 2016 – 2018-ci illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
2018 – 2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.