Vüqar Mirzəzadə
İcraçı direktorun müavini
1988-ci ildə anadan olub.
2005 – 2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, 2011 – 2012-ci illərdə Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb.
Beynəlxalq səviyyədə tanınan “CFA” (Chartered Financial Analyst Institute) tərəfindən keçirilən bütün imtahan mərhələlərini uğurla tamamlayaraq “CFA Charterholder” statusunu əldə edib.
2013 – 2020-ci illərdə “Bank VTB” (Azərbaycan) ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
30 yanvar 2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
1 oktyabr 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
3 sentyabr 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.
2 may 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müavin təyin edilib.
2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
Rus və ingilis dillərini bilir.