icon Bütün xəbərlər

“AZCON Corporate Academy” platforması istifadəyə verilib

Paylaş
img

AZCON Holding olaraq əməkdaşlarımızın peşəkar və fərdi inkişafını davamlı şəkildə dəstəkləmək məqsədilə vahid və mərkəzləşdirilmiş rəqəmsal öyrənmə ekosistemi – “AZCON Corporate Academy” platformasını istifadəyə veririk.

İnsan kapitalının inkişafını strateji prioritetlərimizdən biri kimi qəbul edərək Akademiya vasitəsilə Holdinq və şirkətlərimizdə öyrənmə mədəniyyətinin gücləndirilməsini, əməkdaşlar üçün bərabər inkişaf imkanlarının yaradılmasını, bilik və təcrübə mübadiləsinin təşviqini hədəfləyirik.

“AZCON Corporate Academy” əməkdaşlara peşəkar və liderlik bacarıqlarının inkişafı, rəqəmsal transformasiya, süni intellekt və digər strateji istiqamətlər üzrə beynəlxalq standartlara uyğun öyrənmə imkanları təqdim edir. Platforma zəngin kitabxana, beynəlxalq sertifikasiya hazırlıq proqramları və dünyanın aparıcı öyrənmə vasitələrinə inteqrasiya ilə əməkdaşlarımızın davamlı inkişafını dəstəkləyir.

Müasir iş mühitinin sürətlə dəyişən tələbləri, vaxt və resurs məhdudiyyətləri, eləcə də təlim investisiyalarının səmərəliliyinin artırılması ehtiyacı nəzərə alınaraq “AZCON Corporate Academy” çevik, innovativ və əlçatan öyrənmə platforması kimi formalaşdırılıb. Platformadan həm veb, həm də mobil tətbiq vasitəsilə istənilən vaxt və məkanda istifadə etmək mümkündür.

Bununla yanaşı, daxili ekspertlərimiz tərəfindən hazırlanmış xüsusi təlim proqramları, canlı vebinarlar və interaktiv inkişaf sessiyaları vasitəsilə təşkilat daxilində bilik paylaşımı və korporativ öyrənmə ekosistemi daha da gücləndirilir.

Hazırda onminlərlə əməkdaşı əhatə edən platformanın növbəti illərdə mərhələli şəkildə genişləndirilərək bütün əməkdaşlarımız üçün əlçatan olması nəzərdə tutulur.

“AZCON Corporate Academy” – Sizin inkişaf tərəfdaşınız!