AZCON Holding ADA Universitetinin karyera sərgisində iştirak edib
Paylaş
AZCON Holding ADA Universitetində keçirilən karyera hazırlığı və məşğulluq həftəsi çərçivəsində təşkil olunmuş karyera sərgisində iştirak edib.
Sərgi çərçivəsində AZCON Holding-də mövcud karyera imkanları ilə bağlı iştirakçıların sual və müraciətləri ətraflı şəkildə cavablandırılıb. Eyni zamanda Holdinqdə aktiv vakansiyalar və təcrübə proqramları barədə geniş məlumat təqdim edilib.
AZCON Holding-də aktiv təcrübə proqramları barədə təqdimatlar sərgi iştirakçıları, xüsusilə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.