AZCON Holding Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasında iştirak edib
Paylaş
26 sentyabr 2025-ci il tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.
AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə çıxış edərək Holdinqin yaradılması, fəaliyyət istiqamətləri və strateji hədəfləri barədə məlumat verib. Azərbaycan – Yaponiya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlıq perspektivlərinə toxunan Vüqar Mirzəzadə Orta Dəhlizin tranzit potensialından yararlanma imkanlarını diqqətə çatdırıb.