icon Bütün xəbərlər

AZCON Holding bu ilin ilk 9 ayına aid nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb

Paylaş
img

AZCON Holding şirkətlərinin 2025-ci ilin ilk 9 ayına aid nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərində ötən ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunub.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə daşınan sərnişinlərin sayı əvvəlki dövrlə müqayisədə 20% artaraq 26 min nəfərə çatıb. “BakuBus” MMC üzrə bu göstərici 40% artımla 522 min nəfər, “Azərbaycan Hava Yolları” QSC (AZAL) üzrə isə 1% artımla 3,1 milyon nəfər təşkil edib. AZAL tərəfindən həyata keçirilən tranzit sərnişin daşımaları isə 18% artaraq 326 min nəfərə yüksəlib.

Bakı Metropolitenində də göstəricilər müsbət dinamika nümayiş etdirib. Belə ki, istismarda olan vaqonların sayı 9% artaraq 351-ə çatıb, qatarlararası interval isə 15 saniyə endirilərək 1 dəqiqə 45 saniyə olub.

Həmçinin yükdaşımalar sahəsində artım qeydə alınıb. ADY ilə Şərq-Qərb nəqliyyat dəhlizi (Orta Dəhliz) üzrə daşınan yüklərin həcmi 6% artaraq 2,651 min tona çatıb. Bakı Limanı vasitəsilə konteyner aşırmaları 40% artaraq 77 min TEU təşkil edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə isə daşınan quru yüklərin həcmi 70% artaraq 1,019 min tona, tankerlə daşımalar 11% artaraq 3,346 min tona, Xəzərdən kənar daşımalar isə 191% artaraq 1,100 min tona yüksəlib.

img
img