AZCON Holding-də Çinin Dövlət-Əmlakın Nəzarəti və İdarə Edilməsi Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Paylaş
AZCON Holding-də Çinin Dövlət-Əmlakın Nəzarəti və İdarə Edilməsi Komissiyasının (SASAC) Planlama və İnkişaf Bürosunun baş direktor müavini Qui Qanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı infrastruktur layihələri, xüsusilə logistika və nəqliyyat dəhlizləri, liman və dəmir yolu istiqamətində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin rəqəmsal və sənaye əməkdaşlığının perspektivləri müzakirə edilib.