icon Bütün xəbərlər

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Aralıq Dənizi Gəmiçilik Şirkətinin nümayəndə heyəti ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər çərçivəsində Aralıq Dənizi Gəmiçilik Şirkətinin (MSC – Mediterranean Shipping Company) baş vitse-prezidenti Eduard Sigristin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və mövcud əməkdaşlığın davamı olaraq Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda limanların idarə edilməsi və gəmiçilik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

img