icon Bütün xəbərlər

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Asiya İnfrastruktur İnvestisiya Bankı ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru cənab Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı nəqliyyat və telekommunikasiya infrastrukturu üzrə maliyyələşdirmə və investisiya imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonda Azərbaycanın nəqliyyat və telekommunikasiya infrastrukturu sektorlarında investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsinin formalaşdırılması məqsədilə AZCON Holding və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

img
img
img