icon Bütün xəbərlər

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Beynəlxalq Maliyyə Korporasiyası ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı nəqliyyat və rəqəmsal infrastruktur layihələrinin inkişafı, maliyyələşdirilməsi və investisiya imkanları müzakirə edilib. Həmçinin regional bağlantının gücləndirilməsi, nəqliyyat infrastrukturunun genişləndirilməsi və özəl sektorla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mümkün addımlar nəzərdən keçirilib.

img