AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin Dövlət Gəmiqayırma Korporasiyası ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) vitse-prezidenti Yuanpu Penqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı gəmiqayırma və liman əməliyyatları sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Eyni zamanda gəmi tikintisi və təmiri istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin “yaşıl dəniz” texnologiyaları, rəqəmsal həllər və gəmiqayırma sektorunda işçi qüvvəsinin inkişafı kimi sahələrdə təcrübə və bilik mübadiləsinin aparılması məsələləri müzakirə edilib.