icon Bütün xəbərlər

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin İslahat Holdinq Korporasiyası ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin İslahat Holdinq Korporasiyasının partiya katibi və sədri cənab Xu Siveinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı bağlantı, logistika və infrastrukturun inkişafı ilə bağlı layihələrdə birgə investisiya imkanlarının araşdırılması və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Eyni zamanda tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq edəcək institusional əməkdaşlıq çərçivəsinin formalaşdırılması məsələsi də diqqət mərkəzində olub.

img
img
img