AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin Logistika Qrupu ilə görüş keçirib
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin Logistika Qrupunun İdarə Heyətinin rəhbəri və baş meneceri cənab Xu Honqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı milli logistika sistemlərinin və nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində strateji dialoqun qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin müasir logistika və təchizat zəncirinin idarə olunması sahəsində bilik və təcrübə mübadiləsi üçün institusional çərçivənin formalaşdırılmasını müzakirə ediblər.
Bununla yanaşı, regional və transsərhəd e-ticarət logistikasında əməkdaşlıq perspektivləri, eləcə də birgə investisiya imkanlarının araşdırılması ilə bağlı danışıqlar aparılıb.