AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin Mobil Rabitə Korporasiyası ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin Mobil Rabitə Korporasiyasının Çin Mobil Araşdırma İnstitutunun baş meneceri xanım Huanq Yuhonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə rəqəmsal əlaqə və qabaqcıl texnologiyalar sahəsində bilik mübadiləsi çərçivəsinin inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.
Eyni zamanda telekommunikasiya sektorunun inkişafı üzrə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.