AZCON Holding-in icraçı direktoru Şahin Babayev “COSCO Shipping” Qrupu ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində “COSCO Shipping” Qrupunun İdarə Heyətinin üzvü cənab Li Yunquinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Orta Dəhliz bağlantısının gücləndirilməsi istiqamətində strateji dialoqun inkişafı və potensial birgə investisiya imkanlarının araşdırılması məsələləri müzakirə olunub.
Həmçinin dəniz əməliyyatları üçün rəqəmsal həllər, limanların idarə edilməsi təcrübəsi və inteqrasiya olunmuş logistika modelləri üzrə əməkdaşlıq da daxil olmaqla, bilik və təcrübə mübadiləsi çərçivəsinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.