AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Nanjing Puzhen” şirkəti ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində dəmir yolu nəqliyyatı avadanlıqları üzrə dünyanın ən böyük təchizatçısı olan Çin Dəmiryol Vaqon Korporasiyasının (CRRC Corporation Ltd.) “CRRC Nanjing Puzhen” şirkətinin baş icraçı direktoru cənab Xu Haidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş çərçivəsində şirkətin istehsal prosesləri, innovativ texnologiyaları və “ağıllı” nəqliyyat həlləri ilə tanışlıq olub. Bununla yanaşı, metro nəqliyyatı sahəsində gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.