icon Bütün xəbərlər

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayev və Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel arasında görüş olub.

Görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib. Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

img