AZCON Holding-in icraçı direktoru Şahin Babayev rəy liderləri ilə görüşüb
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayev şirkətin fəaliyyət istiqamətləri və gələcək planları barədə rəy liderləri ilə görüş keçirib.
Görüş çərçivəsində müxtəlif sahələri təmsil edən ekspertlərlə açıq müzakirələr aparılıb və təkliflər dinlənilib. Rəy liderləri tərəfindən səsləndirilən fikir və təkliflərin gələcək fəaliyyət planlarında nəzərə alınacağı vurğulanıb.
AZCON Holding bu cür dialoq platformalarının davamlı olaraq təşkilini planlaşdırır və müxtəlif maraqlı tərəflərlə açıq kommunikasiyanı prioritet hesab edir.