AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə Çinin “China Energy Engineering Corporation Limited” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Paylaş
AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin vitse-prezidenti cənab Bo Vanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş çərçivəsində müasir nəqliyyat və kommunikasiya sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin bu istiqamətlər üzrə potensial birgə layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.