icon Bütün xəbərlər

AZCON Holding-in kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib

Paylaş
img

AZCON Holding-in kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri düzülüb. 

Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

img
img