AZCON Holding-in kollektivi Fəxri xiyabanı ziyarət edib
Paylaş
AZCON Holding-in kollektivi 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla anılıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.