icon Bütün xəbərlər

AZCON Holding-in nümayəndə heyəti “Khazanah Nasional Berhad” şirkəti ilə görüş keçirib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyada “Khazanah Nasional Berhad” şirkətinin icraçı direktoru cənab Dato Amirul Feisal bin Wan Zahirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı şirkətlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi müzakirə edilib.

Həmçinin nəqliyyat və şəhər mobilliyi sahələrində birgə potensial layihələrin icrası məqsədilə əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

img
img
img