AZCON Holding-in nümayəndəsi WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri ilə bağlı sessiyada iştirak edib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Business and Innovation Hub” platformasında Alman – Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə panel sessiya keçirilib.
“Hadisələrdən təsirə: meqa tədbirlər davamlı şəhər inkişafını və infrastruktur transformasiyasını necə sürətləndirə bilər?” mövzusunda baş tutan sessiyada AZCON Holding-in Keyfiyyətin idarə olunması və ESG şöbəsinin rəhbəri Mədinə Cəfərli spiker qismində iştirak edib.
Çıxışı zamanı Mədinə Cəfərli Azərbaycanda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin şəhər infrastrukturu, dayanıqlı inkişaf və institusional transformasiya proseslərinə təsirindən danışıb. O, həmçinin AZCON Holding ekosisteminə daxil olan müəssisələrin bu cür genişmiqyaslı tədbirlərin uğurlu təşkili və uzunmüddətli infrastruktur mirasının formalaşdırılmasına verdiyi töhfələri vurğulayıb.
Paneldə meqa tədbirlərin nəqliyyat sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, inklüzivlik, iqlim dayanıqlılığı və innovativ şəhər həllərinin tətbiqi baxımından yaratdığı imkanlar müzakirə olunub.