icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “ADY-nin şəhər inkişafı və urbanizasiya prosesində rolu”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “ADY-nin şəhər inkişafı və urbanizasiya prosesində rolu” mövzusunda infosessiya təşkil olunub.

Tədbir zamanı şəhərlərin inkişafında dəmir yolu şəbəkəsinin strateji əhəmiyyəti, müasir nəqliyyat infrastrukturunun formalaşdırılması və şəhərlərarası əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən yanaşmalar diqqətə çatdırılıb.

Sessiya iştirakçılar üçün şəhərlərin inkişafı, mobillik və nəqliyyat inteqrasiyası ilə bağlı yeni baxışların müzakirə olunduğu faydalı platforma ilə yadda qalıb.

img
img
img