AZCON Holding-in stendində infosessiya: “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində “AzInTelecom” MMC tərəfindən “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi” mövzusunda infosessiya təşkil olunub.
Sessiyada “SİMA İmza” həllinin rəqəmsal etimad mühitinin formalaşdırılmasında rolu, “ağıllı” şəhər xidmətlərində təhlükəsiz identifikasiya və elektron imza texnologiyalarının tətbiqi, eləcə də vətəndaşların rəqəmsal xidmətlərə etibarlı çıxış imkanları barədə məlumat verilib.
İnfosessiya iştirakçılar arasında rəqəmsal təhlükəsizlik və innovativ xidmətlərə dair maraqlı müzakirələrlə yadda qalıb.