icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “Bakı Metropoliteni davamlı şəhər mobilliyinin hərəkətverici qüvvəsi kimi”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində “Bakı Metropoliteni” QSC tərəfindən “Bakı Metropoliteni davamlı şəhər mobilliyinin hərəkətverici qüvvəsi kimi” mövzusunda infosessiya təşkil olunub.

Sessiyada metro nəqliyyatının şəhər mobilliyində rolu, sərnişindaşımanın səmərəliliyinin artırılması, dayanıqlı və ekoloji təmiz nəqliyyat sistemlərinin inkişafı, həmçinin Bakı Metropoliteninin urbanizasiya prosesinə töhfələri barədə məlumat verilib.

İnfosessiya iştirakçılarla aparılan dinamik müzakirələr və şəhər mobilliyinin gələcəyi ilə bağlı maraqlı fikir mübadiləsi ilə yadda qalıb.

img
img