icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “Dəmir yolu vasitəsilə şəhərlərin transformasiyası – ADY-nin urbanizasiya prosesində rolu”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “Dəmir yolu vasitəsilə şəhərlərin transformasiyası – ADY-nin urbanizasiya prosesində rolu” mövzusunda infosessiya təşkil olunub.

Sessiyada dəmir yolu infrastrukturunun şəhər inkişafına təsiri, dayanıqlı nəqliyyat sistemlərinin formalaşdırılması, urbanizasiya proseslərinin optimallaşdırılması və ictimai mobilliyin artırılmasında ADY-nin rolu barədə məlumat verilib.

İnfosessiya iştirakçılarla aparılan səmərəli müzakirələr və şəhərsalma üzrə yeni yanaşmaların paylaşılması ilə yadda qalıb.

img
img
img