AZCON Holding-in stendində infosessiya: “Filateliya məhsulları haqqında məlumatların təqdim edilməsi”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində “Azərpoçt” MMC tərəfindən filateliya məhsulları haqqında məlumatların təqdim edilməsi barədə infosessiya keçirilib.
Sessiyada filateliya məhsullarının tarixi və mədəni dəyəri, kolleksiyaçılıq ənənələri, poçt markalarının dizayn və hazırlanma prosesi, həmçinin filateliyanın ölkənin mədəni irsinin təbliğində rolu barədə məlumat verilib.
İnfosessiyada iştirakçıların maraqlı sualları ətrafında müzakirələr aparılıb.