AZCON Holding-in stendində infosessiya: “Gəmiçilik şirkətlərinin şəhərlərin karbon izinin azaldılmasında rolu: əməliyyat və texnoloji yanaşmalar”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən gəmiçilik şirkətlərinin şəhərlərin karbon izinin azaldılmasında rolu, eləcə də əməliyyat və texnoloji yanaşmalar ilə bağlı infosessiya keçirilib.
Sessiyada dəniz nəqliyyatının ekoloji davamlılığa töhfəsi, emissiyaların azaldılması üzrə müasir texnoloji həllər, səmərəli əməliyyat idarəçiliyi və “yaşıl” logistika yanaşmaları barədə məlumat verilib.
İnfosessiyada iştirakçıların davamlı inkişaf və innovativ həllərlə bağlı sualları ətrafında maraqlı müzakirələr aparılıb.