icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “İmkanlara çıxışın təmin edilməsi: şəhər mobilliyi inklüziv şəhərləri necə mümkün edir?”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding tərəfindən “İmkanlara çıxışın təmin edilməsi: şəhər mobilliyi inklüziv şəhərləri necə mümkün edir?” mövzusunda infosessiya təşkil edilib.

Sessiyada şəhər mobilliyinin inklüzivlik prinsiplərinə təsiri, bütün vətəndaşlar üçün xidmətlərə bərabər çıxışın təmin edilməsi, dayanıqlı nəqliyyat sistemlərinin sosial inteqrasiyadakı rolu və “ağıllı” şəhər yanaşmalarının əhəmiyyəti barədə məlumat verilib.

İnfosessiyada iştirakçıların aktiv iştirakı ilə inklüziv şəhər inkişafına dair səmərəli müzakirələr olub.

img
img
img
img
img
img
img
img