AZCON Holding-in stendində infosessiya: “Məsafədən zondlama texnologiyaları əsasında şəhər mühitinin uyğunluğunun monitorinqi istiqamətində innovativ yanaşmalar”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində Azərkosmos tərəfindən məsafədən zondlama texnologiyaları əsasında şəhər mühitinin uyğunluğunun monitorinqi istiqamətində innovativ yanaşmalar mövzusunda infosessiya keçirilib.
Sessiyada peyk texnologiyalarının şəhər planlaması, ekoloji monitorinq, urbanizasiya proseslərinin təhlili və dayanıqlı şəhər idarəçiliyində tətbiqi imkanları barədə ətraflı məlumat təqdim olunub.
İnfosessiya innovativ həllərlə bağlı maraqlı və interaktiv müzakirələrlə yadda qalıb.